İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında üç bağlama tiryək aşkar edilib

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında üç bağlama tiryək aşkar edilib
10:27 14 Dekabr 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
İdarənin sərnişin şöbəsində vətəndaşın üzərində şəxsi yoxlama zamanı daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın düzbağırsağında üç ədəd bağlamada, xalis çəkisi 102,791 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-randan-gelen-azerbaycan-vetendasinin-daxili-orqaninda-uc-baglama-tiryek-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR