İsraildən müharibə elanı kimi açıqlama

“İran, Livanda raket bazası tiksə, həmin bazaya zərbə endirəcəyik”.

Metbuat.az-ın məlumatına görə, bunu İsrailin kəşfiyyat naziri Yisrael Katz deyib. Katz, Səudiyyə Ərəbistanının “Elaph” xəbər portalına açıqlamasında bildirib: “İranın Livanda raket bazası tikdiyini bilirik və xüsusi vurğulayaraq qeyd etmək istəyirəm ki, bu, bizim qırmızı xətdimizidir. Buna icazə verməyəcəyik”.

Nazir bildirib ki, İranın bölgədə nə iş gördüyünü çox yaxşı bilirlər: “Bəli, hərbi əməliyyatla onlara mane olacağıq, Suriyada olduğu kimi. Çox daha əhatəli və güclü hücum olacaq. Bu dəfə bütün Livanı hədəf alacağıq. Sizə deyirəm, Livanı daş dövrünə çevirəcəyik”.

Kəşfiyyat naziri Livanı təhdid etsə də, ancaq ölkəsinin müharibə istəmədiyini qeyd edib.

Günay Elşadqızı / METBUAT.AZ

“İƏT-dəki açıqlamalar bizi təsirləndirmədi” - Netanyahu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR