Almaniyanın İstanbuldakı Baş konsulluğuna şübhəli paket göndərildi

Almaniyanın Türkiyədəki Baş konsulluğuna şübhəli paket göndərilib.

Metbuat.az-ın məlumatına görə, Taksim Gümüşsuyunda yerləşən Baş Konsulluğa kuryer vasitəsilə şübhəli paket göndərilib.

Təhlükəsizlik qüvvələrinin xəbər verməyindən sonra hadisə yerinə polislər gəlib. Baş konsulluğun yerləşdiyi İnönü küçəsində təhlükəsizlik xətti çəkilib və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, Baş konsulluğun işçiləri Kp itinin reaksiya verməyindən sonra paketdən şübhələniblər. Hazırda polisin araşdırması davam edir.

Günay Elşadqızı / METBUAT.AZ

Van Ticarət və Sənaye Palatasının rəhbəri Bakıya gələcək


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR