Hollandiyada küçə davası

Hollandiyada gecə yarısı iki ayrı bıçaqlı dava baş verib.

Metbuat.az-ın məlumatına görə, kiçik turizm şəhəri sayılan Maastrixdən 1 km uzaqlıqda yerləşən iki ayrı küçədə dava və bıçaqlanma olub. 10 dəqiqə fasilə ilə baş verən davalarda bıçaqlanan bir kişi və bir qadın həyatını itirib. Yaralanan üç nəfər isə xəstəxanaya aparılıb.

Hollandiya polisi hadisələrin heç birinin terrorla əlaqəsi olmadığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR