Azərbaycan-Rusiya sazişi TƏSDİQLƏNDİ

Azərbaycan-Rusiya sazişi TƏSDİQLƏNDİ
12:18 15 Dekabr 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin növbəti plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, toplantıda “2013-cü il 13 avqust tarixində imzalanmış” Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanununun layihəsi müzakirə edilib.

Bu haqda məlumat verən komitə sədri Ziyad Səmədzadə deyib ki, layihədə tikinti işlərinin maliyyə tərəfini Azərbaycan hökuməti həyata keçririr:

“Ancaq sonradan bu maliyyənin 50 faizini Rusiya Azərbaycana qaytaracaq. Bundan başqa tikintini Azərbaycan həyata keçirsə də, ona nəzarəti Rusiya tərəfi həyata keçirəcək”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/224390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR