Bu il Azərbaycanda qara qurd sancmasından 5 nəfər ölüb

Bu il Azərbaycanda qara qurd sancmasından 5 nəfər ölüb
13:57 15 Dekabr 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bu il ölkədə qara qurd sancmasından 5 nəfər dünyasını dəyişib".
"Report" xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, ötən il ilə müqayisdə hörümçəyin növlərindən biri olan qara qurd sancmasından qeydə alınan ölüm halları azalıb: "2016-cı il üçün hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlər orta yaşlı insanlardır".
Şöbə müdiri əlavə edib ki, ötən il ilə müqayisədə Azərbaycanda ilan sancmalarının sayı artıb: "Ötən ildən fərqli olaraq bu il 104 nəfər ilan sancması ilə bağlı müraciət edib. Ötən il isə bu göstərici 90 nəfər olub. Müraciət edənlər arasında ölüm halları yaşanmayıb".

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bu-il-azerbaycanda-qara-qurd-sancmasindan-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR