Tillersondan "U" çevrilişi

Tillersondan "U" çevrilişi
12:58 16 Dekabr 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya ilə qeyd-şərtsiz görüşməyə hazır olduqlarını bildirən ABŞ-ın xarici işlər naziri Reks Tillerson məsələ ilə bağlı fəqli açıqlama verib.

Publika.az xəbər verir ki, nazir bildirib ki, Şimali Koreya nüvə silahlarından vaz keçməyənə qədər bu ölkəyə diplomatik və iqtisadi təzyiqin davam ertdirilməsi vacibdir.

O, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının iclasında danışıb. Nazir bildirib ki, ABŞ təzyiqlərin davam etdirildiyi müddətdə ünsiyyət kanallarını açıq saxlayacaq və Şimali Koreyaya müzakirə haqqı verəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ilə xarici işlər naziri Reks Tillersonun Şimali Koreya ilə bağlı münasibətlərində hər zaman fərqlilik nəzərə çarpıb. Tramp Şimali Koreyaya qarşı daha sərt münasibət bəsləsə də,Tillerson hər zaman siyasətin əhəmiyyətini üstün tutub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR