Astara sakinindən 2 kq tiryək götürüldü

Astara sakinindən 2 kq tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran Regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb.

Polis şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən evdə gizlədilmiş 2 bükümdə narkovasitə aşkar olunaraq götürülüb.

Onun üzərindən və evdən götürülmüş, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bakıda bir-birinə bitişik üç avtomobil sexi yandı - FHN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR