Xalq artisti Aygün Kazımovanın “Düşün Məni” mahnısını türkiyəli müğənnisi Damla Koc ifa edəcək.

ANS PRESS-ın məlumatına görə, o, bu haqda İnstaqram səhifəsində yazıb. Damla eyni zamanda Azərbaycanın xalq artisti Aygün Kazımovanın fotosunu paylaşaraq təəssüratlarını qeyd edib:

“İki dövlət - bir millətik. Mahnılarımız da bir, könüllərimiz də. Azərbaycanlı bacımız Aygün Kazımovanın ifasında dinləyib doymadığımız hit mahnısını oxuyacam. İstədik ki, mahnını Türkiyədə hər kəs doya - doya yaşasın”.

Aygün Kazımova “Düşün məni” mahnısını Aygün Kazımova 2011-ci ildə ifa edib və klip çəkdirib. Mahnının musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə aiddir.

Türk sənətçi sosial şəbəkədən Aygündən yazdı (VİDEO,FOTO)

Türk sənətçi sosial şəbəkədən Aygündən yazdı (VİDEO,FOTO)

Mənbə
ANS PRESS