Hər il qripdən 650 min nəfər ölür

Hər il qripdən 650 min nəfər ölür
01:03 18 Dekabr 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il mövsümi qrip xəstəlikləri ilə əlaqədar dünyada 650 min nəfər ölür.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Ölüm riskinə ən çox 75 yaşdan yuxarı şəxslər və yoxsul regionlarda yaşayanlar məruz qalır.

Qrip nəticəsində baş verən ağırlaşmalar ən çox Saxaradan cənubda yerləşən Afrika ölkələrində, Yaxın Şərq və Cənub-Şərqi Asiyada ölüm hallarına gətirib çıxarır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının on il əvvəl dərc etdiyi hesabatda qripdən 500 minədək şəxsin öldüyü məlumat verilmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/224641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR