Putin Trampa təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildilir ki, Putin, Sankt Peterburqda terror aktının qarşısını almağa kömək edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə Donald Trampa təşəkkür edib.

Rusiya kəşfiyyatı, MKİ-nin təqdim etdiyi informasiyanın köməyi əsasında Sankt-Peterburqun Kazan kilsəsində və digər izdihamlı yerlərdə partlayışlar törətməyi planlaşdıran İŞİD terror qrupunun üzvlərini müəyyən edərək saxlayıb.

Putin, Trampdan MKİ rəhbərliyinə və operativ məlumatı əldə edən kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib. O bildirib ki, Rusiya kəşfiyyatı ABŞ-da planlaşdırılan hər hansı terror aktı ilə bağlı məlumat əldə edərsə, bunu Trampa bildirəcək.

Günay Elşadqızı / METBUAT.AZ

İŞİD terrorçuları kilsəyə hücum etdi - 9 ölü, 50 yaralı var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR