“Medera” hospitalda əməliyyata girən xəstə öldü - Cinayət işi açıldı

“Medera” hospitalda əməliyyata girən xəstə öldü - Cinayət işi açıldı
11:18 18 Dekabr 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.

Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən “Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib. (lent.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR