Bakı məktəblərində 90 nəfər işlə təmin edilib

Bakı məktəblərində 90 nəfər işlə təmin edilib
13:53 18 Dekabr 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində 90 nəfər uğurlu nəticə göstərib. Onlardan 31-inin təlim-tərbiyə işləri üzrə direktor müavini, 16-sının tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 24-ünün psixoloq, 19-unun kitabxanaçı vəzifəsinə işə qəbulu yaxın günlərdə müvafiq qaydada həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/224708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR