Lənkəranda piyadanı avtomobil vurub

Lənkəranda piyadanı avtomobil vurub
19:52 18 Dekabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 18 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobil piyadanı vurub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qumbaşı kəndi ərazisində baş verib.
Belə ki, "Lexus" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 40-45 yaşlarında olan kişini vurub. Ağır bədən xəsarətləri alan yaralını sürücü öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. 
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralı huşsuz vəziyyətdə olduğundan onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb: "Onun vəziyyəti orta-ağır olaraq qalır".
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-piyadani-avtomobil-vurub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR