ABŞ səfirliyi rəsmi saytında Türkiyə vətəndaşlarına viza verilməsi ilə bağlı açıqlama yayıb.
Metbuat.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, ABŞ, miqrant olmayan Türkiyə vətəndaşlarına viza vermək əməliyyatlarına yenidən başlayacaq. Bildirilir ki, etibarlı vizası olan Türk vətəndaşları ABŞ-a səyahət etməyə davam edə biləcək, miqrant olmayan şəxslərə məhdud şəkildə viza veriləcək.
Açıqlamada eyni zamanda bildirilir ki, viza müraciəti ləğv edilənlər təkrar müraciət edə bilərlər. 2019-cu ilin yanvarından viza üçün müraciət etmək mümkün olacaq.
Günay Elşadqızı / METBUAT.AZ
Şimali Koreya ilə dəhşətli MÜHARİBƏ... - 3 milyon insanın ölümü...