ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik strategiyasında Rusiya və Çini rəqib qüvvələr adlandırmağına Moskvadan sərt cavab gəlib.
Metbuat.az-ın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın ABŞ-a təhlükə yaratdığı iddialarını qəbul etməyəcəklərini deyib. Rusiya hökuməti ABŞ prezidenti Donald Trampın strategiyasını imperialist kimi təsvir edib, lakin Vaşinqtonun bəzi sahələrdə əməkdaşlığa hazır olduğunu məmnuniyyətlə qarşılayıb.
Qeyd edək ki, Tramp yeni strategiyanı ötən gün açıqlayıb və Rusiyanı digər ölkələrin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Peskov jurnalistlərə açıqlamasında deyib: “Ölkəmiz haqqında qeydlər olan strategiyanın bəzi hissələrinə baxanda... bu, imperialist xüsusiyyətdir”.
Günay Elşadqızı / METBUAT.AZ