Şimali Koreya, ABŞ dövlət katibi Reks Tillersonun ön şərtsiz görüşmək təklifini rədd edib.

Metbuat.az-ın məlumatına görə, Tillerson, Şimali Koreyaya təklifindən bir neçə gün sonra görüşə başlamaq üçün Pxenyanın təhdid dolu davranışlardan əl çəkməli olduğunu demişdi. Şimali Koreyanın iqtidardakı İşçi Partiyasının “Rodong Sinmun” saytı Vaşinqtonun görüş təklifinə baxmayaraq, nüvə silahı proqramını davam etdirəcəklərini yazıb: “Vaşinqton, dialoq ilə Koreya yarımadasında yaratdığı gərginliyə görə məsuliyyəti üzərindən atmaq istəyir. ABŞ-ın dialoq təklifi, BMT Təhlükəsizlik Şurasında ölkəmizin blokadasına dəniz zolağını da daxil etmək məqsədi daşıyır”.

Bildirilib ki, Şimali Koreya, ABŞ dövlət katibinin Pxenyana qarşı düşmən münasibətini tərk etmədikcə, nüvə silahı və raket proqramı müzakirə mövzusu olmayacaq.

Günay Elşadqızı / METBUAT.AZ

Şimali Koreya ilə dəhşətli MÜHARİBƏ... - 3 milyon insanın ölümü...