ABŞ Senatında son 30 ildə ölkənin vergi sistemində ən böyük dəyişiklikləri nəzərdə tutan, Respublikaçı Partiyanın qanun layihəsi təsdiqlənib.

Metbuat.az-ın məlumatına görə, Respublikaçı senatorlar "kompromis" qaydalarının pozulması səbəbilə, ABŞ Senatında müzakirə oluna bilməyən vergi layihəsini, "Byrd Rule" adlı meyarlara zidd olan iki maddə çıxarıldıqdan sonra yenidən səsverməyə çıxarıb.

ABŞ Senatına son versiyası təqdim edilən qanun layihəsi 51 səs lehinə, 48 səs əleyhinə olmaqla təsdiqlənib. Senatın qanun layihəsi Nümayəndələr Palatasında son səsvermədən sonra ABŞ prezidenti Donald Trampın imzasına təqdim ediləcək.

ABŞ qaydalarına görə, qanun təklifinin qanuniləşməsi üçün, Konqresin hər iki qanadında qəbul edilməsi, daha sonra isə ABŞ prezidentinin imzasına ehtiyac duyulur.

Günay Elşadqızı / METBUAT.AZ

ABŞ-da dəhşətli qatar qəzası - 100 yaralı var