Gizli Santa Texasın Harvey şəhərində təəcübləndirdi.
Joan Pattey Milad ruhunda deyil. Hal-hazırda bunun günahı kimdədir?
Milli.Az media24.az-a istinadən bildirir ki, "Harvey" qasırğasından sonra Joan və minlərlə onun kimi sakinlər faktiki olaraq evsiz qaldı. Joanna hər şeyini itirdiyini və Milad üçün nəvələrinə indiyə qədər hədiyyə almağa imkanı olmadığını deyir.
Buna görə də qırmızı geyimli adam Beaumontu bu il ilk dayanacaq olaraq seçdi. "Sirli Santa" ona 300 dollar verdi. Bu, çox şeyi qarşılamaq üçün yetəri qədər olmasa da bəzi ümidləri canlandırmaq üçün kifayət idi. Anonim olan bu biznesmen hər il pullarını bunu etmək üçün yığır.
Ancaq bu il bir az fərqli oldu. Onun bu səfər ikili məqsədi var idi: Beaumont Polis Departamentinin fərqli qurban axtarışı üçün diqqəti cəlb etmək...
Şöbədə belə polis əməkdaşlarının yarısının evi zədələnmişdi və hələ Boaz kimi şöbədəki polis əməkdaşları da qasırğanın səhərisi gündən etibarən iş axtarmağa çıxmışdılar. Boaz-ın geriyə hətta geyiniləcək bir köynəyi belə qalmamışdı. Lakin "Mənim də ehtiyacım varmış kimi hiss etdim" deyərək ehtiyacı olanlara kömək əli uzatmağı xahiş edir.
"Polis əməkdaşlarının onların qəhrəmanlıqlarının və qurbanlarının tanınmadıqlarını və məxfi qalacağını bilməklərini istərdim..." - deyir "Sirli Santa"
Təşəkkür üçün polis məmurlarının bəziləri 100 dollar alır ancaq onların istədiyi pul deyildi lakin daha böyük sevinc üçün, bunu daha çox ehtiyacı olanlara verirlər.
Polis əməkdaşları insanlarla emosiyalı və kövrək dəqiqələr yaşayır. Ən təsirlilərindən biri isə Tiffani Patillo ilə olan anlar olur. O, deyir ki, bəzi problemlər yaşanıb, enişli-çıxışlı vaxtları olub. Lakin beləsini heç yaşamamışdı...
Zabitlər deyirdi ki, maneələrə baxmayaraq və çətinlikləri yıxaraq bunu etmək həqiqətən də hamımızın ehtiyacı olan şey imiş. İndi isə Beaumont Miladı yeni bir başlanğıcla, yenilənmiş, fərah bir inamla və Amerikanın "Sirli Santa"sı ilə qarşılayacaq.
Milli.Az