Almaniyanın Karlsruhe şəhərində terror hücumu planlamaqda və İŞİD-i dəstəkləməkdə şübhəli bilinən şəxs tutulub.
Metbuat.az-ın məlumatına görə, tutulan şübhəli 29 yaşlı Daşbar. V adlı şəxsdir. Almaniya Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, həmin şəxs dövlətə qarşı ağır cinayət törətməyə cəhddə şübhəli bilindiyi üçün tutulub. Daşbar. V Skloss Meydanındakı buz meydançasına avtomobillə hücum etməyi planlaşdırıb. Məlumata görə, avqust ayından etibarən meydanı müşahidə edən şübhəli, sentyabr ayında sürücü kimi çalışmaq üçün çoxlu sayda yük daşıma xidmətinə müraciət edib. Prokurorluq tutulan şəxsin Almaniyada doğulan alman vətəndaşı olduğunu bildirib. Şübhəlinin evində araşdırma zamanı İŞİD-i dəstəklədiyi müəyyən edilib. O, terror təşkilatı adından təbliğat görüntülərini hazırlamaqda və müxtəlif internet saytlarında dərc etməkdə günahlandırılır.
Daşbarın 2015 və 2016-cı illərdə İraqa gedərək İŞİD-ə qoşulduğu, silah təlimi aldığı və Ərbildəki hücumlarda əlverişli hədəflər seçmək üçün kəşfiyyat apardığı müəyyən olub.
Günay Elşadqızı / METBUAT.AZ