Pentaqon rəhbəri Quantanamoya gedəcək

ABŞ müdafiə naziri Cim Mattis Amerikada yerləşən Quantanamo həbs düşərgəsinə səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, Amerikanın Associated Press (AP) xəbər agentliyi bu xəbəri “Son dəqiqə” başlığı ilə paylaşıb. Pentaqon rəhbəri, 2002-ci ildən bu günə qədər Quantanamoya gedəcək ilk ABŞ müdafiə naziri olacaq. Sonuncu dəfə ABŞ müdafiə naziri Donovan Rumsfeld 2002-ci ilin yanvarında Quantanamo həbsxanasına səfər edib.

Qeyd edək ki, Quantanamo dünyada məhkumlara verilən işgəncələrlə məşhurlaşıb. ABŞ-ın eks prezidenti Barak Obama, təxminən iki il əvvəl Quantanamonu bağlamaq niyyətində idi. Ancaq 20 yanvar 2017-ci ildə vəzifəsinin icrasına başlayan prezident Donald Tramp bu addımı geri götürüb. Amerika mətbuatına sızan xəbərə görə, Tramp Quantanmoya yeni məhbuslar göndərməyi planlaşdırır. Obama, 8 illik prezidentlik dövründə heç bir məhkumu Quantanamoya göndərməyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR