“ABŞ-ın hərbi hava qüvvələrinin Suriyada qalmağa davam etməsi üçün heç bir səbəb yoxdur və Suriyadan çıxmalıdır”.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin Suriya nümayəndəsi Aleksandr Lavrentiev Qazaxıstanın paytaxtı Astanada Rusiya, İran və Türkiyə arasında reallaşan Suriya sülh danışıqları zamanı deyib.

Lavrentiev deyib ki, ABŞ-ın hərbi varlığını davam etdirmək üçün dediyi səbəblər sadəcə bəhanədir və biz bu hərbi varlığın sona çatdırmalı olduğunu düşünürük”.

O, Astana danışıqlarının 2018-ci ildə Rusiyanın keçirəcəyi Suriya Xalq Konqresinin təməlinin qoyulmasına yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər bu gün konqresin tarixini müəyyən edəcək. Lakin nümayəndə heyətinin siyahısını qərar vermək üçün üç həftəyə qədər vaxt lazım olacağı təxmin edilir.

Günay Elşadqızı / METBUAT.AZ