Avropa Liqasında mübarizəni davam etdirən Kiyev "Dinamo"su heyətini gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ukrayna təmsilçisi "Kopenhagen" klubundan Benyamin Verbiçin transferini rəsmiləşdirib. Sloveniya millisinin 24 yaşlı üzvü "Dinamo" ilə 2023-cü ilə kimi müqavilə imzalayıb. Müqavilə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Verbiç yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək. Transferin 4 milyon avroya başa gəldiyi ehtimal olunur. Futbolçunun illik 1 milyon avro məvacib alacağı bildirilir. Bu mövsüm "Kopenhagen"da 16 çempionat oyununa çıxan yarımmüdafiəçi 7 qolla yadda qalıb.
Milli.Az