Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki futbol tarixinin ən yaxşı xorvatiyalı oyunçusunu açıqlayıb.
Milli.Az apasport.az-a istinadəın xəbər verir ki, vaxtilə "Real" və "Barselona"da oynamış mütəxəssis Luka Modriçi hamıdan yaxşı sayır.
Prosineçki bildirib ki, 2006-cı ildən Xorvatiya millisi, 2012-ci ildən "Real"da oynayan 32 yaşlı yarımmüdafiəçi buna layiqdi:
"Siz onun buna layiq olduğunu inkar edə bilməzsiz. Qazandığı mükafatlarla yanaşı "Real"da necə çıxış etdiyini də nəzərə almalıyıq. Onun ustalığı həqiqətən diqqət çəkir. Onun dəfələrlə dünyanın rəmzi yığmasına düşməsi də təəccüblü deyil".
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə yığmamıza rəhbərlik edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində