Bakıda Sovet dövrünə aid küçə var.

Metbuat.az bildirir ki, “Oktyabrın 40 illiyi” adlanan küçə paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşir. Sözügedən rayonda küçələrdən biri Sovet dövrünə aid adlardan birini hələ də daşımaqdadır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Metbuat.az-a verilən açıqlamada bildirilib ki, küçənin adının dəyişdirilməsi unudulub:

“Rayonda Sovet dövrü ilə bağlı iki küçənin adı dəyişməlidir. Bununla bağlı artıq 1 aydır Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Yaxın günlərdə küçələrin adları dəyişdiriləcək”.

Qeyd edək ki, “Oktyabrın 40 illiyi” küçəsinin adı 1917-ci idlə Rusiyada baş verən Böyük Oktyabr Sosialist inqilabı ilə bağlıdır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kirayə verənlər vergidən yayınır –Qonaq evlərinə maraq var– Oxumaq üçün tıklayın!

Bakıda Sovet dövrünün qalığı olan