Ermənistan ordusunda aclıq

Ermənistan ordusunda ərzaq mənimsənilməsində ittiham olunan anbar rəisi gizir M. Barseqyan 550 min dram cərimə edilib.

İttihama əsasən anbar rəisi olan hərbi qulluqçu 017-ci il mayın 27-də gecə yarısı bacısı oğlunun şəxsi maşını ilə hərbi hissənin ərzaq anbarından qanunsuz olaraq 207 min dram dəyərində 60 kq dana əti, 30 şüşə bitki yağı, 80 ədəd ət konservi, 6 ədəd tomat pastası çıxarıb.

İttiham edilən anbar rəisi Qeğarkunik vilayət məhkəməsindəki ifadəsində bildirib ki, qeyd edilən ərzaq anbarda artıq olaraq toplayıb və bu barədə heç kimə məruzə etməyib. Həmin gün hərbi hissəyə gedib, anbarda yığılan ərzağı maşınla evinə gətirib.

O, ailə vəziyyətinin çətin olduğundan, uşaqlarının ərzaq təminatına ehtiyacı olduğundan, ağır şəraitdə yaşamasından, ailənin tək əmək qabiliyyətli olmasından, yaşlı anası və 3 azyaşlı uşaq sahibi olmasından bu yola əl atdığını qeyd edib. Məhkəmə onu törətdiyi əməldə günahkar bilərək 550 min dram cərimə edilməsinə qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR