Dominikan Respublikasının Elias-Pinya əyalətində saxta romdan 32 nəfər zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Altaqrasiya Qusman bildirib.

Onun sözlərinə görə, zəhərlənən 32 nəfərdən 12-si həlak olub. Spirtli içki olan rom Dominikanaya Haitidən gətirilib.

A.Qusman əhalini naməlum mənşəli spitli içkidlərdən istifadədən çəkinməyə çağırıb.

Milli.Az