Boliviya prezidenti Evo Morales ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını təsdiqləyən BMT Baş Məclisini və Qvatemala hakimiyyətini kəskin şəkildə tənqid edib.
Publika.az xəbər verir ki, Evo Morales bu barədə özünün tvitter hesabında yazıb. O qeyd edir ki, Qvatemala prezidenti Djimmi Morales amerikalı həmkarı Donald Trampdan əvvəl ölkənin Təl-Əvivdə yerləşən səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi barədə bəyanat vermişdi:
“Lakin, ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqdan və səfirliyi buraya köçürəcəyini bəyan etdikdən sonra Qvatemala hökuməti təzyiqlərə dözməyib geri addım atdı. Beynəlxalq cəmiyyətin üstündə bu cür təzyiq bütün hakimiyyəti təhqir etmək deməkdir. Mən çox təəssüf hissi keçirirəm ki, bəzi hakimiyyət rəhbərləri ABŞ-la münasibətləri normada saxlamaq üçün hökumətin bütün nüfuzunu, mənəviyyatını ayaqlar altına atırlar”.
Xatırladaq ki, BMT baş məclisi Qüdsü İsrailin paytaxtı kimi tanınması haqqında qətnaməni təsdiqləyib. Səsvermədə 128 ölkə iştirak edib. Onlardan 9-u əleyhinə səs verib. 35 ölkə isə neytral qalıb.
Könül Cəfərli