Bu gün eyni analiz özəl klinikaların hər birində müxtəlif qiymətə təklif olunur.

Qiymət fərqliliyinin çox vaxt xəstələr arasında sual doğurur. Düşünülür ki, bahalı analiz daha dəqiq nəticəni verir. Əksinə, qiymət fərqinin aşağı olması nəticənin keyfiyyətsizliyindən xəbər verir.

Xəstəxanlarda bu fərqləri yaradan səbəblər nələrdir və qiymətlərin vahid tarifə qoşulması mümkündürmü?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən tanınmış oftamoloq, tibbi ekspert Paşa Qəlbinur bildirib ki, dərmanlar kimi analizlərin qiymətini də eyni tarifə salmaq olar:

“Qiymət fərqliliyi nəticələri yoxlamaq üçün istifadə olunan inqridientlərdən asılıdır. Özəl xəstəxanalar onları başqa-başqa mənbələrdən alır. Bu da qiymət fərqinin yaranmasına səbəb olur. Digər səbəb, özəl klinikalar müştərisinə istədiyi qiyməti təklif edə bilər. Bu məsələni dəqiq bilmirəm. Amma qeyd etdiyim obyektiv və subyektiv səbəblərdən qiymət fərqi yaranır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Metbuat.az-a açıqlamasında bildirib ki, özəl xəstəxanaların qiymət siyasəti bazar iqtisadiyyatına uyğun tənzimlənir:

“Səhiyyə Nazirliyi qiymət məsələsinə nəzarət etmir. Özəl klinikalar sahibkarın özəl müəssisəsi olduğu üçün qiymətləri də elə özü tənzimləyir. Ola bilsin ki, klinikanın birində avadanlıq daha bahalıdır. Bu məsələ qiymətlərə təsir edə bilər. Eyni analizin birində baha, birində ucuz olmasının diaqnoza aiddiyatı yoxdur. Bəlkə, gətirilən hansısa maddədə qiymət fərqləri ola bilər. Onu da dəqiq deyə bilmərik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Dəmirbankda batan 28 milyon manatdan - ÜMİD YOXDUR – Oxumaq üçün tıklayın