İranın şərq bölgəsində 5,1 bal gücündə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 21:31-də baş verən zəlzələ doqquz kilometr dərinliyində baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.