ŞOK: Hərbçi qatil...

Ermənistanda taksi sürücüsünün öldürülməsində hərbi qulluqçu ittiham olunur.

Ermənistan hərbi istintaq orqan tərəfindən taksi sürücüsü 1948-ci il təvəllüdlü H. Azadynın öldürülməsi işi üzrə ilkin istintaqı başa çatıb. Bu hadisədə erməni ordusunun müqaviləli hərbi qulluqçusu təqsirli bilinir.

Erməni hərbçi hadisə günü, 2017-ci il aprelin 21-də saat 18:00 radələrində Masis şəhər meydanındakı taksilərdən birinə minərək, sürücüyə Ararat vilayətinin Noramarq kənd qəbirstanlığına sürməyi sifariş edib.

Kənd yaxınlığında təbii ehtiyacını ödəmə bəhanəsi ilə sürücüdən maşını dayandırmağı xahiş edib. Bərbaər maşından çıxdıqdan sonra hərbi qulluqçu kəsici deşici alətlə ona hücum edib. 5 dəfə onun müxtəlif bədən nahiyyələrinə zərbə endirib, daha sonra yerdən götürdüyü dəmir parçası ilə başına zərbə endirib, sürücü hadisə yerində ölüb.

Nəticədə, hərbi qulluqçu onun pulunu, mobil telefonunu ələ keçirib və "Opel Astra" markalı taksini sürərək kəndə gedib. Əldə edilmiş dəlillərlə onun günahı sübuta yetirilib. Hərbçi haqqında həbs qəti imkan tədbiri seçilib. Toplanmış materiallar prokurorluğa göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR