Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalında və ölkədəki terror təşkilatına qarşı aparılan əməliyyatlar sürətlə davam edir.
Metbuat.az-ın məlumatına görə, TSQ terrorçuların hücum hazırlığında olduğunu öyrəndikdən sonra İraqın şimalındakı Avasin-Basyan və Ərzincanın Refahiyə bölgəsinə hava hücumları təşkil edib. Əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi mağaralar və sığınacaqlar istifadəyə yararsız vəziyyətə salınıb, 11 terrorçu isə məhv edilib.
Günay Elşadqızı / METBUAT.AZ