5 fakt gizlədilib

"Keçən il Ağdam rayonu ərazisindəki mövqelərdə mina sahəsi vardı, orada minaya düşdük. Həkimlər ayağımı möcüzə şəklində qoruyub saxlaya biliblər. Ayağımın amputasiya edilmə təhlükəsi var".

Bu barədə keçmiş hərbi qulluqçu, 3-cü qrup əlil David Apresyan bildirib.

2016-cı ilin aprel müharibəsində işğal altında olan Ağdam rayonu istiqamətində Azərbaycan ordusu tərəfindən azad edilən, lakin daha sonra yenidən düşmən əlinə keçən ön xətt mövqelərindən birində mina partlayışı nəticəsində yaralanan erməni əsgəri Davit Apresyan, cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu qeyd edir. Əgər əməliyyat edilməzsə o, bütün həyatı boyu ayağının amputasiya ediləcəyi təhlükəsi ilə yaşamalıdır.

Hadisə ilə əlaqədar rəsmi olaraq, yalnız ölən hərbi qulluqçu barədə məlumat verilib. Rəsmi məlumatlara nəzər salsaq, yalnız ölən 1996-cı il təvəllüdlü Qevorq Arturi Harutyunyan haqqında xəbər verilib, qalan 5 yaralı barədə heç nə bildirilməyib.

Baş verən hadisə barədə də ətraflı məlumat verilmədi. Yalnız qeyd edilirdi ki, 2 avqust 2016-cı il saat 15:00-da hərbi hissənin mühafizə zolağında mina partlayışından hərbi qulluqçu həlak olub. Hadisə barədə istintaq aparıldı. Cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verildi.

Baş verənlər haqqında Apresyan bəzi əlavələr edib. O bildirib ki, aprel döyüşlərində postlarda xidmət edirdik. O, 15 postda olsa da, hadisə baş verən postda ilk dəfə olub və orada da yaralanıb. Aprel döyüşləri zamanı həmin postları Azərbaycan ordusu azad edib. Postlar daha sonra düşmənin əlinə keçsə də, ərazinin minalanması barədə məlumatları olmayıb.

Minaya birinci düşən Apresyan olub və o, digər xidmət yoldaşını havaya atəş açmaqla çağıraraq, ondan su istəyib. Başqa bir xidmət yoldaşı Qevorq qaçaraq onun yanına gələrkən minaya düşüb və yenidən partlayış baş verib. Qevorq yerində ölüb. Taborun sanitar təlimatçısı Qevorqa yardım etməyə gedərkən feldşer də minaya düşür. Bundan sonra bölük komandiri köməyə gəlir və o da minaya düşür. İkisi də gözlərindən xəsarət alır.

Yaralı Davit Apresyanın atası bildirir ki, bu barədə telefon zəngi vasitəsilə məlumat verilib. Atasına zəng edib deyiblər ki, komissarlıqdandır, oğlunuz minaya düşüb, təcili Qarabağa çatın. Artıq hadisədən bir il keçib və heç kim onun sağlamlığı barədə maraqlanmayıb.

Atası deyir ki, bu dövlətdən bircə şey istəyirəm. Övladımı normal müalicə etsin. İndi hazırda ayağını yerə basa bilmir, hərəkət edə bilmir. İndiyədək bir nəfərdə onun övladı haqqında maraqlanmayıb. Yaralı erməni əsgəri Davit aprel müharibəsi iştirakçısı olsa da heç bir hüququndan istifadə edə bilmir. Əlil olduğuna görə təhsil haqqı pulsuz olmalıdır. Lakin ona xəbərdarlıq ediblər ki, əgər ödəniş olmasa təhsil müəssisəsindən xaric ediləcək. Erməni əsgər ailəsi faiz götürməklə təhsil haqqını ödəyə bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR