"Yalnız şorbalar, bir də balığın hesabına sağ qaldıq. Hər gün Tanrıya dua edirdim ki, qurtulaq, torpağa yan alaq. Okeanın ortasında qayıqda bir mən idim, bir də pişiyim".
Polşa vətəndaşı, 54 yaşlı Zbiqnev Reket səyyah və balıqçıdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Cənubi Afrika Respublikasının sahillərindən yola çıxaraq Komor adalarına yollanan Revet adalara çatmamış azıb və okeanda barraj vurmağa başlayıb.
Onun qayığı Sakit Okeandakı Fransız Reyunyon arxipelaqının yaxınlığında tapılıb.
Komor adalarına çatdıqda qayıqdakı radiostansiyanın batareyalarında enerji tükənib və bu səbədən Reket yardım istəyə bilməyib.
O, aylarla okeanda qalıb. Qidası isə yalnız tutduğu balıqlar, gündə bir qutu Çin qurudulmuş şorba paketi olub.
Beləcə, CAR sahillərindən may ayında ayrılmış Zbiqnev Reket srağagün tapılıb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin