Rusiyanın Ankaradakı eks səfiri Andrey Karlov sui-qəsdi ilə bağlı daha bir nəfər həbs edilib.
Metbuat.az-ın məlumatına görə, Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi səfirin sui-qəsdə məruz qaldığı sərginin təşkilatçısı Mustafa Timkanı tutub. O, “planlaşdırılan qətldə iştirak” ittihamı ilə həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Rusiyanın Ankaradakı eks səfiri Andrey Karlov qatıldığı sərgidə çıxış edən zaman silahlı hücuma məruz qalıb. Çevik Polis Alayının əməkdaşı 22 yaşlı Mərd Altındaş səfirə arxa tərəfdən yaxınlaşaraq 5 dəfə atəş açaraq onu qətlə yetirib.
Günay Elşadqızı / METBUAT.AZ