“Eurovision 2011” qaliblərindən biri olan Nigar Camal qızları ilə yeni fotosunu paylaşıb.
Metbuat.az-ın məlumatına görə, son günlər adı qalmaqallarda hallanan müğənninin bu dəfə bədən qurluşunun olmaması və zövqsüz olduğu söylənilir. Sənətçi ona lağ edənlərə və atmaca atanlara sosial səhifəsində cavab verib:
“Mənim gözəl qızlarım. Necə gözəl hisdir ana olmaq. Allah hər kəsə qismət eləsin. Artıq onlar mənim tək qızlarım yox, həm də rəfiqələrimdir. Gözəllikdə və bədən quruluşunda tək rəqibim qızlarımdır”.
Qeyd edək ki, Nigarla əməkdar artist Röya arasında qalmaqal yaşanmışdı. Röya Nigarın bədənini plastik əməliyyatla düzəltdirdiyini demişdi.

| Aktrisanın qısa geyimi - Müzakirələrə səbəb oldu - Oxumaq üçün tıkla |