Gümrüdəki 102-ci hərbi bazanın hərbi qulluqçusunu öldürən şəxs özünü İŞİD tərəfdarı elan edib.

102-ci hərbi bazanın hərbi qulluqçusu, 21 yaşlı Dmitri Yalpayevin ölüm işi üzrə istintaqı başa çatıb.

İş üzrə şübhəli bilinən Arman Cancuğazyan özünü İŞİD terror qruplaşmasının tərəfdarı elan edib.

İttiham aktına görə, şəxsiyyəti müəyyən edilməyən cinayət ortaqlarının köməyi ilə 2017-ci il aprelin 22-də saat 17:30 radələrində Stepanavan şəhər sakini Cancuğazyan dini fanatizm baxışlaından irəli gələrək Yalpayevə öldürücü bıçaq zərbələri vurub.

Cinayət işi Şirak vilayətinin məhkəməsinə göndərilib. / ordu.az/