İsmayıllıda yenidən yeraltı təkan baş verib.

Metbuat.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytının verdiyi məlumata görə, saat 13:11-də İsmayıllı ərazisində 3,9 maqnitudalı zəlzələ baş verib.

Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.

x x x

İsmayıllıda 3,3 bal gücündə yeraltı təkan baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, hadisə 06:49 radələrində baş verib.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.