"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı əməkdar artist Murad Dadaşov olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen 10 mahnını sıralayıb. O, onuncu sıraya Elçin Cəfərovu layiq görüb:

"İfasını çox bəyənirəm. Çox mədəni bir insandır. Bu da ona müasir səhnədə mane olur. Öz tamaşaçısı var və onlarla kifayətlənir. Elçinin enerjisini görmək istəyirəm.

Günay İbrahimli doqquzuncu olsun. Maraqlı bir insandır. İki-üç mahnısı ilə qısa vaxtda böyük tamaşaçı cəlb etdi. İtalyan filmlərinin yeni simalarına bənzəyir. "Ürəyimin qatili" Günayın mahnısı deyil".

Dadaşov Azad Şabanovu səkkizinci yerə qoyub. Şoumen Natavan Həbibini yeddinci edərək ona məsləhət verib:

"Natavan emosional krizis yaşayır. Problemlərini atsın, işi ilə məşğul olsun. Onun Aygün Kazımova ilə qalmaqalı hər ikisinin içində yaşayır. Mənasını itirib bu dava. Natavan özü olmalıdır, kiminsə acığına iş etməsin.

İradə maraqlı addım atdı, ailə qurdu, şou-biznesdən uzaqlaşdı. Onun qayıdışı partlayış olmalı idi. Amma olmadı. İradə altıncı olsun".

Murad Miri Yusifi beşinci edib və onun mahnılarını başa düşmədiyini söyləyib. O, Nadiri dördüncü edib:

"Nadir çox danışan, tez alışan biridir. Nadirdən "Alıx roz" mahnısını gözləmirdim. "Könül" mahnısını bəyəndim. Üçüncü yerdə Tünzalə Ağayeva olsun. Tünzalə ağılla oxuyur. İkinci mənim ailə dostum Zülfiyyə Xanbabayevadır. İllərdir bir istiqamətdədir. Çox yüksək yumor hissi var. Çox şirindir".

M.Dadaşova birinci pilləyə Aygün Kazımovanın "Sus" mahnısını layiq görüb:

"Bəziləri deyir "Həyatımı sənətə qurban vermişəm". Bu sözü başa düşmürdüm. Amma Aygün Kazımovadan sonra anladım. Onun həyatı səhnədir. Musiqimizin simvoludur. Aygün hamıya aid olduğu halda, özü heç kimə aid deyil. Aygün birincidir".

O, Dilarə Kazımovanı onluqdan uzaqlaşdırıb. Onun "Kəklikotu" filmi üçün oxuduğu mahnını partlayış adlandırıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin