Türkiyədə ticarət mərkəzində yanğın: 1 ölü

Türkiyədə ticarət mərkəzində yanğın: 1 ölü
10:53 10 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulun "Zorlu Center" ticarət mərkəzində yanğın baş verib.

Trend-in şənbə günü "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb, altı nəfər isə yaralanıb.

Ölən və yaralananlar Türkiyə vətəndaşları və ticarət mərkəzinin işçiləri olublar.

Yanğın söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR