ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranda keçirilən etiraz aksiyaları ilə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Haley, BMT qərargahında təşkil etdiyi mətbuat konfransında, İran xalqının hökumətin təzyiqlərinə qarşı çıxaraq cəsarətlə küçələrə çıxdığını qeyd edib və nümayişləri dəstəkləyib. O, ölkədəki etirazların xarici qüvvələr tərəfindən idarə olunmadığını və xalqın könüllü olaraq küçələrə çıxdığını bildirirərək, “İran xalqının cəsarətini alqışlayırıq” deyib.

Haley, “İran hökumətinin öz xalqını öldürmək kimi keçmişə sahib olduğunu” iddia edərək, etirazlar səbəbindən BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağıracaqlarını bildirib.

Günay Elşadqızı / METBUAT.AZ