Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə 5 yanvarda Parisə səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, dövlət başçıları arasında ikitərəfli görüşlər keçiriləcəyi deyilir. Səfərdə Qüds, Suriya, İraq, İran və terrorla mübarizə başda olmaqla, regional məsələlər və Türkiyə-Avropa Birliyi əlaqələrinin müzakirə edilməsi nəzərdə tutulur. İki ölkə arasında əlaqələr, qarşılıqlı investisiyalar, enerji, müdafiə sənayesi, elm və texnologiya, nəqliyyat, mədəniyyət və təhsil sahələrində mühüm layihələr var.

Ərdoğanın səfəri zamanı “EUROSAM”la əməkdaşlıq üçün imzalanma olacağı gözlənilir. İmzalar atılanda Türkiyənin milli raket müdafiə sistemlərinin inkişaf etdirilə bilməsi üçün İtaliya-Fransa ortaqlığındakı “EUROSAM”la əməkdaşlıq ediləcək.

Günay Elşadqızı / METBUAT.AZ