Suriyada Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb. Metbuat.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinə məxsus helikopter Suriyanın Xama əyalətində qəzaya uğrayıb, hər iki pilot ölüb.

İlkin məlumata əsasən qəza texniki nasazlıq səbəbindən baş verib.