Noyerdən sonra "Bavariya"da onu əvəz edən Sven Ulrayx də sıradan çıxıb.
Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, o, Qətərin paytaxtı Dohadakı təlim-məşq toplanışında zədələnib.
Qolkiperin sağ əlinin orta barmağı sınıb. Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.
Uzun müddətdir zədədən əziyyət çəkən Noyerin isə yazda meydana qayıdacağı gözlənilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində