Bosniya və Hersoqovina millisinin baş məşqçisi təyin edilən Robert Prosineçkinin köməkçiləri müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni iş yerində xorvat mütəxəssis 4 məşqçi kömək edəcək.
Bunlar Qordan Cipiriç, Draqan Spasiç, Kenan Hasagiç və Elvir Rahimiçdir. Cipiriç və Spasiç Prosineçki ilə birgə mili komandamızda da çalışıblar.
Xatırladaq ki, Prosineçki Avro-2020-nin seçmə mərhələsinin sonuna qədər Bosniya və Hersoqovina millisinə rəhbərlik edəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində