Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərini parlamentin spikeri İsmayıl Qəhrəmana verib.
Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib. Ərdoğanın qərarının səbəbi Fransaya səfəri ilə bağlıdır. O, səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Günay Elşadqızı / METBUAT.AZ