Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün İranda keçiriləcək etiraz nümayişləri ilə bağlı toplantı keçirəcək.

Metbuat.az-ın məlumatına görə, ABŞ iclasda İranda davam edən etirazları gündəmə gətirmək istəyir, ancaq Vaşinqton rəhbərliyini İranın daxili işlərinə qarışmaqda günahlandıran Rusiya, iclasda İranda baş verən hadisələri müzakirə etmək üçün Təhlükəsizlik Şurasından səsvermə keçirilməsini tələb edə bilər. İrandakı hadisələrin müzakirəsi üçün səsvermə tələbi olarsa, bu zaman Şuranın 15 üzvündən 9-nun təsdiqi lazımdır.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, İranda davam edən etirazlar və şiddətlə bağlı BMT Təhlükəsizlik Şurasından təcili toplantı çağırışı edəcəklərini demişdi. ABŞ prezidenti Donald Tramp isə “Korlanmış hökumətləri geri almaq üçün çalışan İran xalqına hörmət edirəm. Zamanı gələndə ABŞ-dan böyük dəstək görəcəksiniz” demişdi.

Günay Elşadqızı / METBUAT.AZ