“Report” xəbər verir ki, 60 yaşlı mütəxəssis vətəni Gürcüstanda çalışacaq. O, Tbilisi “Dinamo”sunun əsas komandasının baş məşqçisi Kaxaber Kaçaravanın köməkçisi təyin edilib.
Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin yayından 2017-ci ilin oktyabrına qədər “Keşlə”nin baş məşqçisi olub. O, cari mövsümdə uğursuz nəticələr səbəbindən istefaya göndərilib.