Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə Yunanıstan klubuna transfer olunub.

Publika.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını I Divizionda çıxış edən "Aiginiakos”da davam etdirəcək.

O, yeni komandasına yanvarın 7-də X tur çərçivəsində "Sparta” ilə səfər matçından sonra qoşulacaq.

Qeyd edək ki, Amit Quluzadə 2017-ci ildə Yunanıstanın AEL klubunda çıxış edib. O, bu mövsümün ilk yarısını "Səbail”də keçirib və qış fasiləsində komandadan göndərilib. Mərkəz oyunçusu karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Qəbələ”, "Rəvan”, eləcə də Türkiyənin "Kayseri Erciyesspor” və Portuqaliyanın "Atletiko” klublarının da formasını geyinib.

Zümrüd