“ABŞ-ın bu addımı qanuna ziddir”

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini Kubaya 2 günlük səfəri çərçivəsində ölkə prezidenti Raul Kastro ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, görüşdən əvvəl mətbuat konfransı keçirən AB ali nümayəndəsi, Kubanın sağlam müttəfiq olduğunu bildirib: “Biz qərarlıyıq və siyasətimizdə də ani dəyişiklik göstərmirik”. Moqerini AB ölkələrinin Kubanın ən əhəmiyyətli iqtisadi şərik olduğunu bildirib. O bildirib ki, Avropa Birliyi Kubanın etibarlı tərəfdaş olmağını istəyir.

ABŞ-dakı Donald Tramp rəhbərliyinin Kubaya qarşı embarqosunun Havana ilə Vaşinqton arasındakı problemləri həll etməyəcəyini vurğulayan ali nümayəndə deyib: “Avropa Amerikanı dəfələrlə səsləyib. Embarqonun yeganə təsiri insanların həyat keyfiyyətini aşağı salmaqdır. Embarqo tamamilə etibarsızdır və qanuna ziddir”.

Moqerini, AB ilə Havana arasında yaxın gələcəkdə bərpa olunan enerji, kənd təsərrüfatı və mədəniyyət sahələrində sazişlərin imzalanacağını dilə gətirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, sələfi Barak Obamanın əlaqələri normallaşdırma cəhdlərinin yalnız Kuba hökumətinin mənfəətinə xeyirli olduğunu deyərək, normallaşma prosesini ləğv edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR